14 C
Baku
22 Noyabr 2024, 5:18
Digər

Sos! Satışda zərərli kərə yağları var!

Kərə yağından demək olar ki, bütün yeməklərdə istifadə edirik. Lakin hər zaman bir sual bizi maraqlandırır. Görəsən, hansı kərə yağı daha keyfiyyətlidir? Mütəxəssislər deyir ki, kərə yağı seçərkən bir çox xüsusiyyətlərdən onun keyfiyyətsizini ayırd etmək olur. Əsas da rəngindən.

Qida üzrə ekspert Seymur Qafarov Bugun.tv-yə açıqlamasında  bildirib ki, əgər kərə yağının üzərində spesifik rəng göstəriciləri topa-topa şəklindədirsə, yəni bir nöqtədə sarılığın tünd çoxluğu var, digər nöqtədə isə sarılıq rəngi getdikcə azalırsa, bu o deməkdir ki, istehsal zamanı boyalardan istifadə olunub. Eyn zamanda, keyfiyyət göstəricisi aşağıdır.

Bəzən düşünürük ki, yağ tünd sarıdırsa, deməli əsldir. Lakin mütəxəssislər deyir ki, bu heç də belə deyil. Yağın tünd və ya açıq sarı olması südün alındığı inəyin qidasından asılıdır.

Bundan başqa, yağın üzərində su damlaları görəriksə onu almamalıyıq. Bu onun yoğrulma prosesinin düzgün aparılmadığından  xəbər verir.

Ekspert deyir ki, almaq istədiyiniz yağın dadında acılıq varsa, bu o deməkdir ki, məhsulun hazırlandığı südün emal prosesi düzgün yerinə yetirilməyib. “Burada hansısa çirklənmə baş verib və yaxud da pasterizasiya zamanı mərhələlərə düzgün əməl edilməyib. Hər iki halda bu yağ istehlakçılar tərəfindən istifadə olunmamalıdır”.

Mağazalarda karton qutularda satılan yağlara da rast gəlinir. İstehlakçılara tövsiyə edilir ki, bu şəkildə yağlar aldıqda mütləq qutunu açdırsınlar və içəridəki qutu ilə kərə yağı arasındakı salafana yerləşdirilmiş yağı gözlə görsünlər. Künc hissələrində əgər kiflər varsa, onu almasınlar. “Hətta bəzən olur ki, onun kif hissəsin kəsib yenidən istehlakçılara təqdim edirlər. Bu isə qətiyyən yolverilməzdir və orqanizmə ziyandır”.

Açıq, kilo ilə satılan kərə yağlarını da alarkən diqqətli olmalıyıq. Mütləq onun orjinal qablaşdırmasını tələb etməliyik ki, istifadə müddəti keçmiş olmasın.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bakıya qar yağacağı gözlənilir

Nigar Məmmədova

Yaponiyada İmperator sarayında Yeni il tədbirləri zəlzələlər səbəbindən ləğv edildi

İntizar Əmirova

Şri-Lankaya köçən rusları vətənlərinə qayıtmağa çağırıblar

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu