35 C
Baku
20 İyul 2025, 10:36
Baş xəbərSosial

Sosial evlərin satışı davam edir

Bugun.tv xəbər verir ki, Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Mənbə: Azərtag

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Kahramanmaraşda ağır ziyan dəymiş binada sıxışan pişiyi jandarma xilas etdi

Bugün TV

Tramp Rusiyanı qınayır! “Vladimir, artıq dayan”

Aynur Camal

Daha bir neçə ailənin Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinə başlanılır – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu