6 C
Baku
27 Dekabr 2025, 11:44
Baş xəbər

“Sosial məsələlərin həllinə kömək” İB “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsini təqdim edib

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı və “Sosial məsələlərin həllinə kömək” İctimai Birliyinin təşəbbüsü ilə “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin təqdimatı və ictimai müzakirəsi gerçəkləşdirilib.

QHT sədri Nərmin Daşdəmirbəyli mediaya açıqlamasında bildirib ki, layihənin icrası 2026-cı il ərzində, yəni bir il boyu davam edəcək. “Əsas məqsədi sosial problemlərin müəyyən edilməsi, mövcud sosial boşluqların xəritələndirilməsi və onların aradan qaldırılmasına yönəlmiş maarifləndirmə və praktiki fəaliyyətlərin icrasıdır. Layihə çərçivəsində erkən nikah və məişət zorakılığı ilə mübarizə, gənclər arasında dini mövzularda düzgün və sağlam maarifləndirmənin təşkili priaritet hesab olunur. Bununla yanaşı regionlarda aktual sosial boşluqların müəyyən edilməsi və bu sahədə vətəndaşlarla işin qurulması, gənc ailələrin, məktəblilərin və tələbələrin öz vətəndaş hüquqları barədə məlumatlandırılması və hüquqi biliklərinin artırılması kimi əsas istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutulur.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovanın moderatorluğu ilə keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyinin əməkdaşları (10 region üzrə), Baş Prokurorluğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin nümayəndələri, Dövlət Məşğulluq Agentliyinin Abşeron–Xızı regional filialının rəhbərliyi, Ombudsman aparatı, mediasiya təşkilatı, təhsil ekspertləri, media mənsubları və QHT sədrləri iştirak ediblər.

N.Daşdəmirbəylinin çıxışından sonra “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin  əsasını təşkil edən erkən nikah və məişət zorakılığı ilə mübarizə, gənclər arasında dini mövzularda düzgün və sağlam maarifləndirməsi məsələsi ətrafında maraqlı diskusiya olub. Dövlət qurumlarının əməkdaşları mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirib, problemin həll yollarını müzakirə ediblər.

Təqdimatın sonunda “Sosial məsələlərin həllinə kömək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli belə müzakirələrin mütəmadi təşkilinin, bu istiqamətdə müsbət nəticələrə gətirib çıxaracağına əminliyini vurğulayıb. Dəvəti qəbul edib gəldikləri üçün iştirakçılara təşəkkürünü bildirib. Tədbirin sonunda qonaqlarla xatirə fotoları çəkdirilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib

Aynur Camal

“Azərbaycan üzərindən Ermənistana yeni buğda tranziti”

Aynur Camal

Deputat Vüqar Bayramov Prezident İlham Əliyevin ad günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu