13 C
Baku
23 Mart 2026, 12:09
Baş xəbər

“Sosial media gənclərin dəyərlərinə təsir edir”

Ceyhun Məmmədov sosial media hesabında gənclərin davranışına təsir edən amillərlə bağlı paylaşım edib.

Deputat bildirib ki, gənclərin doğru yoldan sapmasına səbəb olan bir sıra faktorlar mövcuddur və bu baxımdan sosial media platformalarının rolu xüsusilə böyükdür. Onun sözlərinə görə, sosial media istənilən məzmunun qısa müddətdə geniş auditoriyaya çatmasına və trendə çevrilməsinə imkan yaradır.

Ceyhun Məmmədov qeyd edib ki, bu cür tendensiyalar gənclərin dəyərlərinə, davranışına və həyat tərzinə mənfi təsir göstərə bilər. Bu səbəbdən onların rəqəmsal mühitdə düzgün informasiya ilə təmin olunmasının, sosial medianın məsuliyyətli və tənzimlənmiş şəkildə istifadəsinin vacibliyini vurğulayıb.

Deputat əlavə edib ki, gənclərin milli və mədəni dəyərlərə uyğun istiqamətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, bu istiqamətdə valideynlər, müəllimlər və ictimai təşkilatlar fəal iştirak etməli, gənclərin təhlükəli trendlərdən qorunması və sosial medianın imkanlarından düzgün istifadə etməsi üçün maarifləndirici tədbirlər həyata keçirməlidirlər.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ və İsrail İranda xüsusi əməliyyatlar həyata keçirir

Aynur Camal

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Fitrə zəkatı 10-15 manat arasında dəyişə bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu