33 C
Baku
20 İyul 2025, 19:49
Dünya

Sosial media platforma istifadəçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyi qoyuldu

Avstraliyadakı sosial media platformalarının “istifadəçilərinin təhlükəsizliyini və onlayn zərərdən qorunmasını təmin etmək” üçün məsuliyyət daşıyacaqları açıqlanıb.

Avstraliyanın Rabitə Departamenti sosial media platformalarının tənzimlənməsi ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilib ki, yeni qanun layihəsi ilə bu platformalar “istifadəçilərinin təhlükəsizliyini təmin etmək və onları onlayn zərərlərdən qorumaq” məcburiyyətində olacaqlar.

Açıqlamada qanun layihəsinin sosial media platformalarına yanaşmasının Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ilə uyğunlaşacağına diqqət çəkilərək, platformaların dəyişən riskləri müəyyən etməli və buna uyğun olaraq tədbir görməli olacağı vurğulanıb.

“(Bu) sistemli səviyyədə onlayn zərərin qarşısını almaq üçün sənayenin üzərinə vəzifə qoyacaq” rabitə naziri Mişel Rould deyib.

Bildirilib ki, Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün 16 yaş məhdudiyyəti qoymağa və platformaları buna əməl etməyə görə məsuliyyət daşımağa hazırlaşır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Livan BMT Təhlükəsizlik Şurasına şikayət etdi

Aynur Camal

Qırğızıstan dövlət himnini dəyişdi

Aynur Camal

İsraildə aksiyalar davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu