Bugun.tv xəbər verir ki, ABŞ sosial media şirkətlərinə məsuliyyətli olmaq barədə xəbərdarlıq edib.
Ağ Ev platformanın məzmunu və siyasətlərinə görə sahibkarların məsuliyyət daşıdığını bildirib. Şirkətləri ictimai və milli təhlükəsizliyə zərər verən materialların dövriyyəsini asanlaşdırmaqdan çəkinməyə çağırıb.
Qeyd edək ki, son günlər Pentaqondan sızan vacib sənədlərdən sonra ABŞ bu qərarı verib.
Mənbə: TRT haber
