Dünya

Sosial mediada “çörək mübahisəsi”

İngilis çörəkçinin Meksika çörəyi ilə bağlı sərt fikirləri sosial mediada geniş etiraz dalğasına səbəb olaraq ölkə miqyasında müzakirə yaradıb. Meksikada fəaliyyət göstərən Green Rhino çörəkxanasının həmtəsisçisi və beynəlxalq çörəkçilik dairələrində tanınan Richard Hart bir yemək podkastında meksikalıların güclü çörək mədəniyyətinə malik olmadığını iddia edib.

Hartın meksikalıların sendviçlərini ucuz və sənaye üsulu ilə istehsal olunan ağ çörəklərlə hazırladıqları barədə fikirləri videonun yenidən yayılmasından sonra Instagram, TikTok və X platformalarında sürətlə gündəmə gəlib. Sosial şəbəkə istifadəçiləri bu açıqlamaları Meksikanın ənənəvi çörəklərinə qarşı hörmətsiz və məlumatsız yanaşma kimi qiymətləndiriblər.

Müzakirə qısa zamanda çörək mövzusunu aşaraq kulinariya kimliyi ilə bağlı milli debat səviyyəsinə yüksəlib. Sosial mediada torta sendviçlərində istifadə olunan “bolillo” və məhəllə çörəkxanalarının simvolu sayılan “concha” kimi yerli çörəkləri müdafiə edən paylaşımlar artıb. Xüsusilə paytaxtda artan turizm və “centirfikasiya” ilə bağlı narahatlıqlar reaksiyaların daha da sərtləşməsinə səbəb olub.

Artan tənqidlərdən sonra Richard Hart Instagram üzərindən üzrxahlıq paylaşaraq sözlərinin yanlış anlaşıldığını və Meksika xalqına hörmətsizlik etmək niyyətində olmadığını bildirib. Meksika Mətbəx Məktəbinin aşpazı Josué Martínez isə yaranmış mübahisəni Meksika çörəkçiliyinin zənginliyini göstərmək və kulinariya dəyərlərinin yalnız xarici standartlarla ölçülməməli olduğunu xatırlatmaq üçün fürsət kimi dəyərləndirib.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu