7 C
Baku
4 Dekabr 2024, 12:13
Baş xəbər

“Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər təqdim olunub.

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası, cəmiyyətə inteqrasiya sahəsində tədbirlərin ildən-ilə gücləndiyini bildirib.

  O, məşğulluq proqramlarının icrasında bu kateqoriyadan olan şəxslərə üstünlük verildiyini, onlar üçün xüsusi layihələr icra olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, bu ilin 10 ayında da Agentlik tərəfindən işlə təmin edilənlərdən 9500-ə yaxını, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulanlardan 1300 nəfəri əlilliyi olan şəxslər olub. Həmin dövrdə əlilliyi olan 421 şəxs isə peşə hazırlığına cəlb edilib.

“Sosial notlar” layihəsinin də gözdən əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində öz işlərini qurmalarına dəstək məqsədi daşıdığı bildirilib.

QHT nümayəndələri, layihə iştirakçıları, digər qonaqlar əlilliyi olan şəxslərə yönələn dəstək tədbirlərini, onların özünüməşğulluq proqramı ilə əhatə olunmaları, yaradıcı potensiallarının inkişaf etdirilməsi üçün aparılan işləri yüksək qiymətləndiriblər.

Tədbirdə gözdən əlilliyi olan 18 şəxsə layihə üzrə seçimlərinə uyğun olaraq sintezator, nağara, saz, gitara təqdim edilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Təbii qazdan partlayış baş verdi

Bugün TV

Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir

Aynur Camal

Yaponiya kosmosa müşahidə peyki daşıyan H2A raketini buraxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu