19 C
Baku
8 Sentyabr 2024, 3:40
Baş xəbərMaraqlı faktlar

Sosioloqlar dörd günlük iş həftəsinin effektivliyini sübut ediblər

Xarici Xəbərlər

Kembric Universitetinin sosioloqlarından ibarət qrup Britaniyanın “4 Day Week Global” qeyri-kommersiya hüquq müdafiə qrupu ilə birlikdə dörd günlük iş həftəsinin effektivliyini qiymətləndirib. Araşdırmanın nəticələri “4 Day Week Global” saytında dərc olunub.

Altı ay ərzində bir neçə şirkət işçilərinin maaşlarını azaltmadan iş həftəsinin yeni formatına keçib. Ümumilikdə 3000-ə yaxın əməkdaş yeni formata keçib. Tədqiqatın əvvəlində, ortasında və sonunda iştirakçılar işdəki performansları, yaşanan stresslər, tükənmişlik hissləri və ümumi rifahla bağlı anket doldurublar. Nəticədə işçilər narahatlıq və yorğunluq səviyyələrinin azaldığını, psixi və fiziki sağlamlığın yaxşılaşdığını təxmin ediblər. Belə ki, çalışanların 71%-i “tükənmişlik” səviyyəsinin daha aşağı olduğunu, 39%-i isə tədqiqatın əvvəli ilə müqayisədə daha az stress yaşadıqlarını bildirib. Xəstəlik günlərinin sayı 65%, öz istəyi ilə işdən çıxan işçilərin sayı isə 57% azalıb. Sınaq müddətində şirkətin gəliri demək olar ki, dəyişməz qalıb. Respondentlərin çoxu işi ailə və sosial öhdəliklərlə birləşdirməyin onlar üçün asanlaşdığını da bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Sel fəlakəti baş verdi!

Bugün TV

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Aynur Camal

Əhalinin artdığı yerlərdə su qıtlığı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu