29.5 C
Baku
12 Avqust 2026, 12:00
Baş xəbərDünya

Şotlandiya polisi Tramp və Vensin səfərlərinə görə əməkdaşlara 500 min funt-sterlinq kompensasiya ödədi

Bugun.tv “Sky News”a istinadla xəbər verir ki, Şotlandiya Polis Departamentinin rəis müavini Ceyn Konnors bu yayın polis üçün çox gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, əlavə tədbirlər şəxsi heyətin üzərinə böyük yük qoyub. “Biz həm Tramp və Vensin səfərlərində, həm də digər mühüm tədbirlərdə təhlükəsizlik və asayişi təmin etdik. Bununla yanaşı, icmalarımız üçün gündəlik polis xidməti də davam etdirildi. Əməkdaşlarımız uzun və gərgin yay mövsümündən sonra xeyli yorulublar”,- deyə o qeyd edib. Digər rəis müavini Alan Spirs isə açıqlayıb ki, yalnız iyul ayında əməkdaşların tətilə çıxa bilmədiyi günlərin əvəzinə polis əməkdaşlarına 500 min funt sterlinq kompensasiya ödənilib.

Bugün TV

Oxşar xəbərlər

Perseid meteor yağışı bu gecə zirvə həddinə çatacaq

Aynur Camal

Psixoloq: Niyə bağda işləmək artıq sevinc gətirmir?

Aynur Camal

Bu gün göy üzündə iki nadir hadisə müşahidə olunacaq: Altı planet və tam Günəş tutulması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu