17 C
Baku
10 İyun 2025, 8:40
Baş xəbərKriminal

Soyğunçuluq edən qadın saxlanıldı

Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Velədi kəndində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Bağdagül Səmədova saxlanılıb. Məlum olub ki, yaşayış evinə oğurluq məqsədilə daxil olan həmin şəxs ev sahibinin azyaşlı övladının orada olduğunu görsə də, əməlini davam etdirib və tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb.

Məlumat daxil olduqdan dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Səmədova rayon ərazisində saxlanılıb, soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır. B.Səmədovanın analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa aidiyyatı üzrə polis orqanına məlumat vermələri xahiş olunur.

Kəmalə Sultan

Oxşar xəbərlər

Evdə peçenye ilə hazırlanan ən asan desert resepti! İftardan sonra çaya gedir

Aynur Camal

Kişi ad günündə bıçaqla hücum etdi

Bugün TV

Ombudsman “Human Rights Watch”-ın qərəzli iddialarına cavab verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu