28 C
Baku
2 İyun 2025, 17:38
Baş xəbərDünya

Soyqırım davam edir! Qaçqın düşərgəsinə bomba atdılar: Çoxları öldü

İşğal altında olan İsrailin Qəzzaya hücumları davam edir. İşğalçı qüvvələr İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə hücum edib. Xain hücumda ən azı 5 nəfər həyatını itirib.

İsrail Qəzza zolağına oktyabrın 7-də başlayan hücumlarını davam etdirir. İşğalçı qüvvələr İordan çayının qərb sahilində dinc sakinləri hədəfə almaqda davam edir. İsrail ordusu intensiv basqın və hücumlarını davam etdirərək, Tulkərəm şəhərinin şərqindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə hava hücumu təşkil edib.

İSRAİLİN BƏHANƏSİ HAZIRDIR

Xain hücumda ən azı 5 fələstinli həyatını itirib. İsrail Müdafiə Qüvvələri (IDF) hücumu təsdiqləyib və “Həmasın komanda mərkəzinin” hədəf alındığını iddia edib.

Fələstin Rəhbərliyindən verilən açıqlamaya görə, İordan çayının qərb sahilindəki Beytullah şəhəri yaxınlığında israilli mühacirlər tərəfindən silahlı hücum nəticəsində 40 yaşlı bir fələstinli həyatını itirib, 3 fələstinli isə yaralanıb.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

“İblis və…” tamaşasının premyerası keçirildi

Aynur Camal

Türkiyə Ermənistanı Azərbaycana mina xəritələrini verməyə çağırdı

Kəmalə Sultan

Səudiyyə Ərəbistan necə sərinləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu