Qəzzada ən yaşlı qurban 101 yaşlı Əhməd əl-Təhravi, ən gənc qurban isə cəmi iki saat sağ qalan yeni doğulmuş Vaad əl-Sabah olub. İsrailin hücumları nəticəsində ailələri ilə birlikdə həyatını itirən bu iki şəxs faciənin ən ağrılı tərəflərini ortaya qoyur.
Fələstin Səhiyyə Nazirliyi ötən ay qatil İsrailin hücumlarında həyatını itirən 34 min 344 fələstinlinin şəxsiyyət məlumatını açıqlayıb.
The Guardianın araşdırmalarına görə, Əhməd ət-Təhravi 1922-ci ildə Fələstinin o zaman Britaniya mandatı altında olan əl-Məsmiyyə kəndində anadan olub.
1948-ci ildə İsrail Dövlətinin qurulmasından sonra baş verən Nəkbə (Fəlakət) zamanı ailəsi ilə birlikdə kəndini tərk etməli oldu. Həmin il onun 26 yaşı var idi və iki oğlu vardı; Lakin onların oğlu bu yolda dünyasını dəyişib. Təhravi və həyat yoldaşı Qəzzada Bureyc qaçqın düşərgəsində həyatlarını yenidən qurdular.
Ömrü boyu tikişçi işləmiş, kiçik dükan açıb, böyük bir ailə dolandırıb. Təhravi nəvələrini görəcək qədər çox yaşadı. O, son anlarına qədər zehni və fiziki cəhətdən aktiv idi.
Hücumların əvvəlində evinin damı təhlükəsiz olmadığı üçün damı betonla örtülmüş qızının evinə köçüb. Lakin oktyabrın 23-də həmin ev də bombalanıb.
Təhravi daxili qanaxma səbəbilə xəstəxanaya yerləşdirilib, lakin xəstəxanalar dolu olduğu və tibbi avadanlıqların qeyri-kafi olduğu üçün bir həftə sonra dünyasını dəyişib.
Vaad Valid Samir əs-Sabah
Vaad doğulmazdan əvvəl anası Salam əs-Sabah fevralın 15-də İsrailin hava hücumu nəticəsində evləri dağılan zaman dağıntılar altında qalmışdı.
Hamiləliyinin 9-cu ayında olan Salam dağıntılar altından çıxarıldıqdan sonra xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Həkimlər körpəni təcili qeysəriyyə əməliyyatı ilə çıxardılar və Vaad reanimasiyaya aparıldı, lakin o, cəmi iki saat sağ qaldı. Vaad və anası eyni kəfənə sarılaraq anasının 11 yaşlı oğlu Asidin yanında dəfn edilib.
Hücumların əvvəlində şimaldakı evlərini tərk etmək məcburiyyətində qalan ailə aylarla qohum evlərində və sığınacaqlarda qalıb. Lakin İsrail qüvvələrinin evlərinin yerləşdiyi bölgədən çıxarılmasından sonra onlar zərər görsələr də, evlərinə qayıtmaq qərarına gəliblər. Lakin bu qərar İsrailin xəbərdarlıq etmədən hücumu nəticəsində onların həyatı bahasına başa gəldi.
Mənbə: TrtHaber