14 C
Baku
24 Mart 2026, 17:21
Baş xəbərDünya

Şoyqu: “Bu il Ukraynada 4 Abrams və 5 Leopard tankı və 5 Patriotu məhv etdik”

Bugun.tv xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ istehsalı olan 4 Abrams tankı, Almaniya istehsalı 5 Leopard tankı, 27 ABŞ istehsalı Bradley zirehli maşını, 6 HIMARS atış sistemi və 5-i Patriot olmaqla 11 hava hücumundan müdafiə raket sistemini məhv etdiklərini açıqlayıb.

Rusiyada prezident seçkiləri zamanı Donetsk, Luqansk, Zaporojya və Xerson kimi kritik bölgələrdə seçki təhlükəsizliyini təmin etdiklərini bildirən Şoyqu Ukraynanın seçkilər zamanı Rusiya vətəndaşlarına təsir etmək üçün terror üsullarından istifadə etdiyini bildirib.

Şoyqu deyib ki, Ukrayna ordusu mülki şəxslərin olduğu seçki məntəqələrinə və dövlət qurumlarına qarşı məqsədyönlü hücumlar həyata keçirib. Bu, həm ukraynalı komandirlərə, həm də onların qərbli müşavirlərinə məlumdu.

Rusiya ordusunun bu prosesdə tədbirləri artırdığını izah edən Şoyqu, seçki prosesi zamanı Ukraynaya məxsus 419 pilotsuz uçuş aparatının və 67 raketin vurulduğunu qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Trampın İrana qarşı “TACO əməliyyatı” planı sual altındadır

Aynur Camal

Böyük Britaniyanın HMS Dragon döyüş gəmisi Şərqi Aralıq dənizinə göndərildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu