13 C
Baku
11 Aprel 2026, 14:49
Siyasət

Şoyqu “Vostok” qruplaşmasının nəzarət məntəqəsinə baxış keçirib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vostok” qruplaşmasının cənub Donetsk istiqamətindəki bölməsinin nəzarət məntəqəsinə baxış keçirib. O, general-polkovnik Rüstəm Muradovun və qərargah zabitlərinin mövcud vəziyyət və qoşunların hərəkətləri barədə məruzəsini dinləyib.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, Rusiya müdafiə rəisi qoşunların təminatının təşkilinə, o cümlədən şəxsi heyətin təhlükəsiz yerləşdirilməsi üçün şəraitin olmasına diqqət yetirib. Tibb və maddi-texniki təchizat bölmələrinin işini yoxlayıb.

Şoyqu xüsusi hərbi əməliyyat zonasında tapşırıqları yerinə yetirən hərbçilərə göstərdikləri fədakarlıq və qəhrəmanlıqlara görə təşəkkür edib, onlara mükafatlar verib.

“Bunlar layiqli mükafatlardır. Siz cəsarətlə mübarizə aparırsınız. Hələ görüləsi çox iş var. Çox ümid edirəm ki, siz bundan sonra da ölkəmizə sədaqətlə xidmət edəcəksiniz”, – deyən müdafiə naziri hərbçilərə sağ-salamat vətənə qayıtmalarını arzulayıb.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Siyasi ekspert: Körfəz ölkələrinin iştirakı İranın cavab zərbələrini şərtləndirir

Aynur Camal

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Siyasi ekspert: İran-İsrail gərginliyi və SEPAH generallarının taleyi danışıqlara təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu