Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi təyinatlı hərbi əməliyyat qruplarının komandirləri ilə müşavirə keçirib. Onların məsuliyyət zonalarında mövcud vəziyyət, eləcə də gələcək fəaliyyət planları barədə məruzələrini dinləyib.
Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu şəxsi heyətin sahəyə təhlükəsiz yerləşdirilməsi üçün şəraitin yaradılması, qoşunlara hərtərəfli dəstəyin təşkili, tibb və arxa hissələrin işinə diqqət yetirib.
O, bundan əvvəl Rusiya müdafiə nazirlərinin müavinlərinin qoşunlara davamlı olaraq silah, hərbi texnika və sursat təchizatının təşkili ilə bağlı hesabatlarını dinləmişdi.
Mənbə: TASS
