35 C
Baku
20 İyul 2025, 11:57
Dünya

Soyuq dalğa və qar fırtınası ilə əlaqədar “sarı xəbərdarlıq” elan edilib

Çinin şimal-şərqində gözlənilən soyuq dalğa və qar fırtınası ilə əlaqədar “sarı həyəcan” elan edilib. Çin Milli Meteorologiya Mərkəzinin verdiyi açıqlamada, ölkənin şimal və mərkəzi bölgələrinin əksəriyyətində hava istiliyinin yaxın 4 gündə 6-10 dərəcə aşağı düşəcəyi bildirilib.

Açıqlamada bu gün və sabah Daxili Monqolustan Muxtar Bölgəsində və ölkənin şimal-şərqindəki Heylongciang, Cilin və Liaoniq əyalətlərində qar fırtınası gözlənildiyi, pis hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edildiyi bildirilib.

Açıqlamada sürücü və piyadalardan qarlı hava şəraitində daha diqqətli olmaları tövsiyə edilib, yerli hakimiyyət orqanları isə avtomobil yolları, dəmir yolları, elektrik verilişi və kommunikasiya xətləri ilə bağlı lazımi tədbirlər görməyə çağırılıb.

Çinin 4 mərhələli soyuq hava xəbərdarlığı sistemində “sarı” üçüncü xəbərdarlıq səviyyəsini təmsil edir. Təcililik sırasına görə, “qırmızı” ən yüksək səviyyə hesab olunur, ondan sonra “narıncı”, “sarı” və “mavi” gəlir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Harrisdən ‘İsrailə silah embarqosu’ istəyənlərə cavab! Fələstin siyasəti müəyyənləşdi

Aynur Camal

20 böyük şar mesajı

Aynur Camal

Vivo şirkəti Apple Vision Pro ilə rəqabət aparacaq bir cihaz üzərində işləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu