19 C
Baku
8 Sentyabr 2024, 3:49
Baş xəbərMədəniyyət

“Soyuq günəş”filminin aktyorları tələbələrlə görüşüb.

Azərbaycan İncəsənət Məktəbi və Media Tədris Mərkəzinin təşkilatçılığı ilə “Soyuq Günəş” filminin aktyor heyətinin tələbələrlə görüşü keçirilib.

Azərbaycan İncəsənət məktəbindən Bugun.tv – ə bildirilib ki, filmdə müharibə problemləri və məhəbbət mövzusuna toxunulub.Lentə alınan “Soyuq günəş” bədii filmi ləzgi xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini əks etdirir. Filmdə Yarmət və Yarqunatın sevgi hekayəsindən bəhs olunur.

Qısa zamanda tamaşaçılar tərəfindən sevilən filmin qəhrəmanları Dilarə Fərəcullayeva, Məlahət Əhməd, Firəngiz Babayeva, Niyaz Qasımov və İranə Kərimova ekran əsəri barədə tələbələrin və jurnalistlərin suallarını cavablandırıb.

Baş rolun qəhrəmanı İranə Kərimova çəkilişlərdə başına gələn maraqlı hadisələr, hava şəraiti ilə bağlı üzləşdikləri çətinliklər barədə danışıb.

Qeyd edək ki, filmin quruluşçu operatoru Elxan Rüstəmov, rejissoru Məlahət Əhməd, bəstəkarı Sədaqət Kərimova, səs rejissoru Teymur Kərimovdur.

Görüşün sonunda filmin qəhrəmanları tələbələrlə xatirə şəkli çəkdiriblər.

 

 

Oxşar xəbərlər

Qarabağda separatçılara qarşı “Qəzəb” əməliyyatı: 5 erməni terrorçusu məhv edildi

Bugün TV

Hamilə müəllimə hücum edən valideyn tutuldu

Teymur Əziz

Volodimir Zelenskiyə tapança hədiyyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu