8 C
Baku
12 Dekabr 2024, 12:30
Mədəniyyət

Sözbazam

Bu dünyada hərə bir şeyin bazıdır. Mən nə quşbazam, nə qumarbazam, nədə ki, arvadbazam. Mən sözbazam. Mənim yanımda kim kimin dalınca danışsa, üstünə beşini də qoyub filiyirəm. Bir-birinizin dalınca danışmayın, mən də birinin üstünə beşini qoyub, filəməyim. Adəm övladı ikisi bir yerdə oldu mütləq kiminsə dalınca danışmalıdır. Məhəllədə mənim gəldiyimi görəndə söhbəti dəyişirlər. Ağızlarına su alıb dayanırlar. Mən də bir az gözləyib, telefonumu yadımdan çıxarıb, qoyub gedirəm. Bir azdan gəlib telefonumu götürüb gedirəm . Telefonu acıq qoyuram nə danışılarsa, hamısını yazır. Səhəri danışıqlarının üstünə beş də qoyub filəyirəm. O gün yenə məhəlləyə gəldim. Məni görcək susdular. Mən də bir az gözləyib, telefonumu qoyub getdim. Bir az keçdi, gəlib telefonumu götürdüm. Hec nə danışmayıblar. Hərifər kələyimi başa düşüblər . Çox fikirləşdim tapdım. Məhəllədən bir pişik tutdum, bir tikə ət verdim sonra telefonumu belinə bağlayıb, göndərdim hərflərlərin yanına. Onlar dağılışan kimi bir tikə ət göstərdim pişiyə qaça-qaça gəldi, telefonu açıb, söhbətlərinə qulaq asıb, birinin üstünə beşini qoyub filədim. Məhəllədəkilər mənim kələyimdən baş aça bilmədilər. Pişiyə hər gün ət verirəm, o da mənə yeni məlumatlar gətirir. Bu dünyada hərə bir şeyin bazıdır. Mən nə quşbazam, nə qumarbazam, nə arvadbazam . Mən sözbazam. Biri- birinizin dalınca danışmayın, mən də birinin üstünə beşini qoyub filəməyim. Düz demirəm?!

 

Yazıçı-dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

O yenidən Avroviziyaya qayıdır

Bugün TV

Dünyaca məşhur “Anadolu Atəşi” Bakıda səhnəyə çıxacaq

Nigar Məmmədova

Tanınmış aktyor pəhrizlə 22 kilo arıqladı! Görənlər şok oldu! – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu