8 C
Baku
12 Dekabr 2024, 13:44
Baş xəbərDünya

“SpaceX” telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürəcək peyklər buraxdı

Yaxın illərdə mobil rabitə siqnallarını ötürən yerüstü stansiyalara ehtiyac olmayacaq. Belə ki, İlon Maskın “SpaceX” şirkəti telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürə bilən ilk “Starlink” peyklərini “Falcon 9” raketi ilə kosmosa buraxıb.

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, mobil rabitə şirkətləri hələ 2022-ci ilin avqustunda elan etmişdilər ki, ABŞ-ın mobil operatoru İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” peyklərindən Birləşmiş Ştatların bəzi bölgələrində mobil istifadəçilərə şəbəkəyə çıxışı təmin etmək üçün istifadə edəcək.

Dünyanın digər mobil rabitə provayderləri, o cümlədən Yaponiyanın KDDI (9433.T), Avstraliyanın “Optus”, Yeni Zelandiyanın “One NZ”, Kanadanın “Rogers” (RCIb.TO) birbaşa mobil texnologiyanı işə salmaq üçün “SpaceX” ilə əməkdaşlıq edəcək.

Qeyd olunub ki, birbaşa mobil xidmət əvvəlcə mətn mesajları ilə başlayacaq, daha sonra səs və məlumat imkanları da təqdim ediləcək.

İntizar Əmirova

Oxşar xəbərlər

Paytaxtda qətl hadisəsi baş verdi

Kəmalə Sultan

Azərbaycan və Ermənistan xəritədə razılaşdılar: Tezliklə sülh gələcək

Aynur Camal

Bu ölkədə turistlər üçün Covid-19 peyvənd tələbi aradan qaldırılır

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu