24 C
Baku
10 Sentyabr 2025, 7:01
Baş xəbərİdman

Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

Bugun.tv xəbər verir ki, Zaqrebdə (Xorvatiya) güləş üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycan millisinin daha beş qadın güləşçisi döşək üzərinə çıxacaq.

Məlumatına görə, seçmə mərhələdə 53 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova Mariya Spirkovska (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Jalya Əliyeva (57 kq) 1/4 finalda Anna Şell (Macarıstan) – Elena Brugger (Almaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vesso ilə mübarizə aparacaq.

Elis Manolova (65 kq) 1/4 finalda İrina Rynqaç (Rumıniya) – Kendra Daşer (Fransa) cütünün qalibi ilə döyüşməli olacaq.

Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya qalib gəlməyə çalışacaq.

Bu gün daha üç idmançımız medallar uğrunda mübarizə aparacaq. 50 kq çəki dərəcəsində 8 qat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) qarşılaşacaq.

Elnurə Məmmədova (55 kq) və Alena Kolesnik (59 kq) bürünc uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri müvafiq olaraq Katarjina Kravçik (Polşa) və Sandra Paruşevski (Almaniya) olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vuraraq komanda hesabında çempion olublar.

Çempionata aprelin 23-də yekun vurulacaq.

Mənbə: oxu.az

Aynur Camal

Oxşar xəbərlər

SOS! Dünyada su ehtiyatı azalır! – ARAŞDIRMA

Teymur Əziz

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Kəmalə Sultan

Gürcüstanda etirazçılar pulemyotdan atəşfəşanlıqla polislə toqquşub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu