13 C
Baku
10 Aprel 2026, 15:04
Digər

Starmerdən Tramp və Putinə sərt sözlər: Enerji qiymətlərindəki dalğalanmalar məni bezdirib

Böyük Britaniyanın Baş naziri Keir Starmer enerji qiymətlərindəki artım və dalğalanmalara görə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trumpı tənqid edib.

Starmer bildirib ki, enerji haqlarının qlobal hadisələr səbəbindən davamlı dəyişməsi həm ailələri, həm də biznesləri çətin vəziyyətdə qoyur:

“Putin və ya Trampın qlobal səviyyədəki addımları səbəbindən enerji qiymətlərinin davamlı enib-qalxması məni bezdirib. Ailələrə və sahibkarlara ‘buna dözməlisiniz’ deməyi qəbul etmirəm”.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlar və sonrakı qarşılıqlı zərbələr fonunda bölgədə atəşkəs əldə olunsa da, bu prosesin qlobal iqtisadiyyata təsirləri davam edir.

Starmer qeyd edib ki, Böyük Britaniya Hörmüz boğazının açılması üçün yaradılmış koalisiyada əsas rol oynayır. O, həmçinin müharibənin ilk günlərində ABŞ-ın Britaniya hərbi bazalarından istifadə etməsinə icazə vermədiyini və bunun Donald Trump ilə münasibətlərə təsir etdiyini bildirib.

Trampın İranla bağlı sərt bəyanatlarına toxunan Starmer bu cür ritorikanı qəbul etmədiyini vurğulayıb:

“Bu, mənim heç vaxt istifadə etməyəcəyim ifadələrdir. Mən məsələlərə Britaniya dəyərləri və prinsipləri əsasında yanaşıram”.

Baş nazir əlavə edib ki, ölkə olaraq beynəlxalq məsələlərdə mövqelər aydın şəkildə müəyyənləşdirilməlidir və hərbi qərarlar hüquqi əsaslara söykənməlidir.

O, həmçinin Yaxın Şərqdəki gərginlik, xüsusilə İsrailin Livana hücumları ilə bağlı atəşkəsin vacibliyini qeyd edib və bu cür addımların dayandırılmalı olduğunu bildirib.

Sonda Starmer vurğulayıb ki, dünya artıq əvvəlki “normal” vəziyyətə qayıtmağı hədəfləməməlidir:

“2008 maliyyə böhranı və pandemiya dövründə səhvlər edildi. İndi köklü dəyişikliklər etməliyik”.

Baş nazir əlavə edib ki, müharibənin iqtisadi təsirləri uzun müddət hiss olunacaq və Böyük Britaniya bu təsirlərdən tam sığortalanmayıb. Buna görə də ölkə iqtisadi artımı sürətləndirmək üçün Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa üstünlük verəcək.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Venesuela mədən sektorunu xarici investorlara açır

Aynur Camal

Sağlam bel üçün ən yaxşı “dərman”: 5 effektiv məşq

Aynur Camal

Həkimdən məsləhət: Hansı yorğan altında yatmaq çətinləşir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu