Baş xəbərİdman

Stend atıcılığı üzrə “Azərbaycan Kuboku 2023” turniri keçirildi

Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə “Azərbaycan Kuboku 2023” turniri keçirilib.

Bugun.tv-nin Gənclər və İdman Nazirliyindən aldığı məlumata görə, yarışda stend atıcılığının səngər və dairəvi növləri üzrə kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə 42 idmançı iştirak edib.

Qadınlar arasında dairəvi stend yarışında Nurlana Cəfərova, kişilər arasında isə Fuad Qurbanov birinci yerə layiq görülüblər. Dairəvi stend üzrə qarışıq komanda kateqoriyasında isə Niyaz Ağazadə və Nurlana Cəfərova final görüşündə qalib gəliblər.

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibləri – qadınlarda Ülviyyə Eyvazova, kişilərdə isə Sabir Mehdizadə ən yüksək nəticəni göstərərək turnirin qalibi olublar.

Qeyd edək ki, Azərbaycan Kubokunda nəticələrin hesablanıb qiymətləndirilməsi məqsədilə 6 beynəlxalq dərəcəli türk hakim ölkəyə dəvət edilib.

Aynur Camal

Oxşar xəbərlər

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Deputat Ceyhun Məmmədovdan İslam əxlaqına dair paylaşım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu