Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans ordularının hərbi effektivliyini azaltmadan iqlim dəyişikliyi ilə mübarizə aparmalıdırlar.
Baş katib müttəfiqlərin təhlükəsizliyi üçün “yaşıl enerji”yə keçidin təmin edilməsinin vacibliyini vurğulayıb.
Hazırda döyüş tanklarının, gəmilərin və təyyarələrin “iqlimiin dostu” olmadığını və çoxlu qalıq yanacaq istehlak etdiyinə diqqət çəkən Stoltenberq, “Qlobal xalis sıfır emissiyaya çatmaq istəyiriksə, hərbi fəaliyyətlərdən qaynaqlanan çox vacib emissiyaları azaltmalıyıq. Ona görə də biz texnologiyanı inkişaf etdirməliyik”, – deyib.
NATO-nun bu mövzuda doğru yolda olduğunu bildirən Stoltenberq Kanadada iqlim dəyişikliyi ilə bağlı mərkəzin olduğunu, innovasiya fondlarının mövcud olduğunu, hərbi potensiala mənfi təsir göstərmədən tullantıları azaltmağın yollarını tapmaq üçün araşdırma və təhlillərin artdığını bildirib.
Ukraynadakı müharibənin enerji təhlükəsizliyi ilə iqlim dəyişikliyi ilə mübarizənin nə qədər sıx bağlı olduğunu göstərdiyini vurğulayan Stoltenberq Rusiyanın neft və qazından asılılığın azaldılması və bərpa olunan enerjiyə sərmayə qoyulmasının vacibliyini vurğulayıb.
Mənbə: SABAH