6 C
Baku
29 Yanvar 2026, 9:52
Baş xəbərİdman

Stolüstü tennisçiləri Xorvatiyada 4 medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin son günündə daha üç medal qazanıblar.

Bugun.tv  xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2:3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb.

Yağmur Məmmədli – Xədicə Eylazova, Onur Quluzadə – Tunar Bağırov tandemi isə qoşa yarışlarda üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı.

Mənbə: Gənclər və İdman Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İngiltərə – Sri Lanka cricket seriyasını qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu