9 C
Baku
26 Dekabr 2024, 12:49
Baş xəbər

Stres uzun ömrün qənimidir

Deyirlər stres ömrü qısaldır. Bəs görəsən niyə? Öncəliklə stres nədir? O necə və nədən yaranır bu haqda məlumat vermək istəyirəm.

Stres – Gündəlik həyatda rast gəlinən iş mühiti, sosial mühit və ya ailə strukturu kimi bir sıra amillər, zehni olaraq tükənmə hissinə və stressin yaranmasına səbəb ola bilir. Orqanizm, bu cür vəziyyətlərə təbii reaksiya göstərir. Bu təbii reaksiya nəticəsində stres, insanın xoşbəxtliyini ala və müxtəlif xəstəliklərə səbəb ola bilər. Bu səbəblə, streslə mübarizə aparmaq və ona qarşı tədbir görmək fərdin sağlamlıq vəziyyəti üçün çox əhəmiyyətlidir.

Stres haqqında danışanda bir kitabdan mütləq bəhs etməliyəm. Bu kitab Hektor Qarsiya və Fransesk Miralesin müəllifi olduğu “İkiqay”-dır.

Bu kitabın əsas qayəsi odur ki, sağlamlıqla bağlı əksər problemlərin mənbəyi məhz stresdir. İnsan stres və əsəb gərginliyinə nə qədər çox məruz qalırsa, hüceyrələrin degenerasiya prosesi də bir o qədər sürətlə gedir.

Heydelberq Universitetinin klinikasında həkimlər belə bir araşdırma aparıblar: iş müsahibəsinə gəlmiş gənc həkimə yarım saat ərzində dalbadal çətin riyazi tapşırıqlar verərək, çox stresli, gərgin mühit yaradıblar. Müsahibə bitdikdən sonra gənc həkimdən qan analizi götürdükdə müəyyən edilib ki, antitellər patogenlərə (xəstəlik törədən mikroorqanizmlər) necə reaksiya verirsə, stresə də eynilə o cür reaksiya verir, yəni immun reaksiyanı tətikləyən proteinləri aktivləşdirir. Əsas problem ondadır ki, bu proses sadəcə zərərli mikroorqanizmləri neytrallaşdırmır, eyni zamanda, sağlam hüceyrələri də məhv edərək erkən yaşlanmaya zəmin yaradır.

Kaliforniya Universitetində buna oxşar araşdırmanı 39 yaşlı qadınlar üzərində aparıblar: övladlarının xəstəliyi üzündən kəskin stresə məruz qalmış qadınların göstəriciləri ilə sağlam övlad sahibi olan və daha az stres keçirmiş qadınların göstəriciləri müqayisə edilib. Nəticələrə əsasən, məlum olub ki, stres hüceyrə regenerasiyasına təsir göstərən telomer adlı hüceyrə strukturlarını zəiflədərək, yaşlanmamızı sürətləndirir.

Streslə mübarizə həm həyat tərzi dəyişikliklərini, həm də zehni sağlamlıq tədbirlərini əhatə edən çoxşaxəli bir yanaşma tələb edir. Özünə qulluğa üstünlük vermək və meditasiya kimi stres azaltma üsullarından istifadə etmək və güclü sosial əlaqələri qurmaq, stresin sağlamlığa və ömür müddətinə zərərli təsirlərini azaltmağa kömək edə bilər. Fərqli məşğuliyyətlərə qoşulmaq, sosial aktivliyi artırmaq və yaxud da özünüz ilə daha çox vaxt keçirməklə stresi azalda, ömrünüzü uzada bilərsiniz.

İlham Tağıyev

Azərbaycan Dillər Universitetinin Byenəlxalq Jurnalistika ixtisasının IV kurs tələbəsi

Bugün TV

Oxşar xəbərlər

Türkiyə-Azərbaycan Universiteti ilk tələbələrini qəbul etdi

Aynur Camal

Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alındı

Kəmalə Sultan

Tanzaniyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu