33 C
Baku
20 İyul 2025, 19:12
Baş xəbərDünya

Sualtı balıqçı köpək balığının hücumu nəticəsində ölüb

Bugun.tv xəbər verir ki, Fransanın Yeni Kaledoniya muxtariyyətində su altında balıq tutan şəxs köpək balığının hücumu nəticəsində ölüb.

Adı açıqlanmayan şəxs bölgədəki Poum adasının 500 metr kənarında su altında balıq tutmaq istəyərkən köpək balığının hücumuna məruz qalıb.

Ailə üzvlərindən birinin kömək etmək cəhdinə baxmayaraq, köpək balığının hücumundan xilas ola bilməyən kişi həyatını itirib.

Sözügedən hadisə bu il Yeni Kaledoniyada ikinci ölümcül köpək balığı hücumu idi.

Bundan öncəki şəxs isə, 59 yaşlı avstraliyalı turist olub. O fevral ayında Noumea bölgəsindəki Chateau-Royal Beach-də çimərkən köpək balığının hücumu nəticəsində həlak olub.

Səlahiyyətlilər köpəkbalığı hücumlarına qarşı bölgədəki bəzi çimərlikləri qadağan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur

Kəmalə Sultan

Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

Aynur Camal

“Sülh sazişi” müzakirə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu