24 C
Baku
20 İyul 2025, 4:51
Baş xəbər

Sübhnur Tədris Mərkəzinin yeni ünvanda açılışı keçirildi

Sübhnur Tədris Mərkəzinin yeni ünvanda açılışı keçirildi

Bugun.tv xəbər verir ki, Sübhnur Tədris Mərkəzinin yeni ünvanda açılış mərasimi keçirilib.

Tədbirdə PTİY İB-in sədri, prezident təqaüdçüsü, yazıçı-publisist İradə Əlili, yazıçı-publisist Gülnarə Munis, yazıçı-publisist Azadə Novruzova, rejissor İsa Rəvan, pedaqoq Gülsüm Biləndərli, mikrosahibkar Təranə Əsədova, xeyriyyəçi Qabil Nəcəfov, jurnalist Vüqar Şahinoğlu, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.Mərasim Azərbaycan dövlət himni səsləndikdən sonra açıq elan olunub.  Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan tədris mərkəzinin rəhbəri Gülnarə Hüseynova gələn qonaqları salamlayaraq tədris mərkəzinin fəaliyyəti haqqında məlumat verib, yaranma məqsədlərindən danışıb.

Xeyriyyəçi Qabil Nəcəfov kursun gələcək fəaliyyətinə uğurlar arzulayaraq xeyir duasıni verib: “İnşallah, inanıram ki, gələcəyimiz olan uşaqların sağlam və vətənpərvər ruhda böyüməsinə, şəxsiyyət kimi formalaşmasına öz töhfəsini verəcək. Onlar gələcəkdə müxtəlif peşə sahibləri olarkən bu tədris mərkəzində təhsil almaqlarını xoş düşüncələrlə xatırlayacaqlar. Allah xeyirli etsin”.

Ə.İradə, M.Gülarə, Y.Azadə B.Gülsüm Biləndərli, Ə.Təranə R.İsa, Ş.Vüqar Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynovanın bu mərkəzin yaranmasındakı əməyindən söz açıblar. Tədris Mərkəzinin uşaqların gələcəkdə şəxsiyyət olaraq formalaşmasında, ilkin bilik və bacarıqlara yiyələnməsində müsbət rol oynacaqlarını vurğulayıblar.Valideynlər də yaradılan şəraitə, təhsilə göstərilən diqqət və qayğıya görə müəllimlərə, rəhbərliyə minnətdarlıqlarını bildiriblər.

Daha sonra mərasim bədii hissə ilə davam edib. Uşaqlar mahnılar oxuyub, şeirlər söyləyiblər. Tədbirin sonunda isə tort kəsilib, xatirə fotoları çəkilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Montana TikTok-u qadağan edən ilk ABŞ ştatı oldu

Aynur Camal

İtaliya ABŞ-ın rüsumlarına reaksiya verdi

Aynur Camal

Dünyanın ən xoşbəxt və ən çətin ölkələri hansılardır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu