8 C
Baku
21 Dekabr 2025, 20:56
Digər

Süd Vəzi Xərçəngi Fərqindəlik Ayı Çərçivəsində Maarifləndirici Görüş

Bugun.tv– daxil olan məlumata əsasən, süd vəzi xərçəngi fərqindəlik ayı çərçıvəsində Orzax Azərbaycan ofisində təşkil olunan tədbirdə həkim-onkoloq, xəstəliyi yaşamış qadınlar və sosial aktiv insanlar bir araya gəlib.

Görüşün məqsədi süd vəzi xərçəngi barədə ictimai məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və qadınlarda öz sağlamlıqlarına qarşı məsuliyyət hissini gücləndirmək idi.

Tədbirdə şirkətin həkim əməkdaşı, dəvət olunan həkim-onkoloq süd vəzi xərçənginin müasir müalicə üsulları, erkən aşkarlanmanın həyati əhəmiyyəti və profilaktik tədbirlər barədə ətraflı məlumat veriblər. Xəstəliyi yaşamış qadınların şəxsi hekayələri isə tədbir iştirakçılarına güc, motivasiya və inam aşıladı.

“Orzax Azərbaycan olaraq biz sağlam cəmiyyətin formalaşmasına töhfə verməyi, qadın sağlamlığına dair fərqindəlik yaratmağı və hər bir qadının sağlam gələcəyi üçün dəstək olmağı prioritet hesab edirik”- deyə məlumatda vurğulanır.

Bugün TV

Oxşar xəbərlər

Şəhidlər İkinci Fəxri Xiyabanda dəfn edilir

Aynur Camal

İranın İsrailə hücumuna reaksiyalar gəldi!

Teymur Əziz

BMT Rusiya iqtisadiyyatının 2023-cü ildə 2,7 faiz artdığını açıqladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu