8 C
Baku
7 Fevral 2026, 22:00
DünyaHadisə

Süd zavodunda güclü partlayış

Bugun.tv xəbər verir ki, hadisə ABŞ -da yaşanıb. Belə ki, Dimmitt şəhərindəki Southfork Dairy Farm süd zavodunda partlayış baş verib.

Bu barədə yerli mətbuatda məlumat dərc olunub.

Partlayışdan sonra başlayan yanğında süd zavodunda sıxışan işçilər ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Səlahiyyətlilər hadisənin səbəbinin hələ müəyyən edilmədiyini bildiriblər. Məlumatda qeyd olunub ki, partlayış zamanı 18 min inək ölüb.

ABŞ-da heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan Animal Welfare Institute (AWI), Southfork Süd Farmında yaşanan hadisənin ölkədə ən böyük heyvan ölümü olduğunu açıqlayıb.

Qeyd edək ki, 2020-ci ildə Nyu Yorkda süd zavodunda baş verən yanğında təxminən 400 inək tələf olmuşdu.

Mənbə: NTV haber

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu