7 C
Baku
21 Dekabr 2025, 10:39
Dünya

Sudan: Kordofan bölgəsində dron hücumlarında 104 dinc sakin öldü

Bu ayın əvvəlindən etibarən Sudan-ın Kordofan regionunda münaqişə səngimək bilmir və dron hücumları nəticəsində təxminən 104 dinc sakin həlak olub.

Birləşmiş Millətlər Təşkilatı (BMT)- nın verdiyi məlumata əsasən hücumlar dekabrın 4-dən etibarən davam edib və ən ağır zərbələrdən biri Kalogi qəsəbəsindəki uşaq bağçası və xəstəxananı hədəf alan drondur; burada azı 43 uşaq və 8 qadın daxil olmaqla 89 nəfər ölüb. Həmçinin Kaduqli şəhərindəki BMT sülhməramlı bazasına edilən hücumda 6 bangladeşli sülhməramlı öldürülüb, bu da beynəlxalq humanitar qaydalara qarşı ciddi pozuntu hesab edilir.

BMT İnsan Hüquqları Ali Komissarı Volker Türk atəşkəs üçün çağırış edərək tərəfləri zorakılığı dayandırmağa və mülki şəxsləri qorumağa çağırıb. O, tibbi müəssisələrə və məktəblərə hücumların beynəlxalq humanitar hüququn açıq pozuntusu olduğunu vurğulayıb və bütün tərəflərin dərhal atəşi dayandırmasını tələb edib.

Münaqişənin humanitar təsiri də ağırdır: Kordofan regionunda on minlərlə insan məcburi köçkünə çevrilib, səhiyyə infrastrukturu çökmək üzrədir və epidemiyalar yayılır. BMT və digər yardım təşkilatları bu zorakılığın dayandırılması, təhlükəsiz humanitar yardımın çatdırılması və uzunmüddətli sülh üçün beynəlxalq səylərin artırılmasını tələb edirlər.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

TikTok-da Novruz mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb – FOTO

Aynur Camal

Çində 7,1 bal gücündə zəlzələ! VİDEO

Aynur Camal

Kimya fabrikində partlayış baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu