24 C
Baku
11 Sentyabr 2025, 3:32
DünyaHadisə

Sudan ordusu xüsusi təyinatlıların qərargahlarını ələ keçirdi

Sudan ordusu ölkənin yeddi yaşayış məntəqəsində, o cümlədən beş inzibati mərkəzdə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) baza və qərargahlarını ələ keçirib.

Bugun.tv xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Ali Komandanlığının Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.

Hərbçilər üsyanlara nəzarət yaradıblar. Xüsusi təyinatlıların baza və qərargahlarını, həmçinin Port Sudan, Əd-Damazin, Kosti, Kassala, Əl Qadarif Kadugli və Omdurman şəhərindəki düşərgəsini ələ keçiriblər.

Qeyd edək ki, dünən səhər saatlarında Sudanın paytaxtı Xartumda hərbi baza yaxınlığında silahlı toqquşma baş verib. Buna səbəb Suverən Şuranın ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun müavini Məhəmməd Həmdan Daqalo arasında yaranan fikir ayrılığıdır.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

İranda dolların məzənnəsi qalxdı

Aynur Əfəndi Zadə

Foça çimərliklərində meduza istilası

İntizar Əmirova

Paytaxt sakinin avtomobili yandırıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu