20 C
Baku
1 İyun 2025, 21:46
Dünya

Sudan Port Sudandakı hücumlarda BƏƏ-ni günahlandırır

Sudan rəsmiləri Port Sudandakı pilotsuz təyyarə hücumlarının BƏƏ hərbi gəmilərinin dəstəyi ilə Qırmızı dənizdəki BƏƏ hərbi bazasından həyata keçirildiyini iddia edib.

Sudan iddia edir ki, bu ayın əvvəlində Port Sudana dron hücumları birbaşa Birləşmiş Ərəb Əmirlikləri tərəfindən həyata keçirilib.

Africanews xəbər portalının məlumatına görə, Nyu Yorkda çıxış edən Sudanın BMT-dəki nümayəndəsi Əl-Haris İdris hücumların BƏƏ-nin Qırmızı dənizdəki hərbi bazasından BƏƏ hərbi gəmilərinin dəstəyi ilə həyata keçirildiyini bildirib.

Portal qeyd edib ki, Sudan ilk dəfədir ki, BƏƏ-ni Çevik Dəstək Qüvvələri (RSF) ilə gərginliyə birbaşa hərbi müdaxilə etməkdə ittiham edir.

Sudan bundan əvvəl BƏƏ-ni RSF-yə silah və maliyyə dəstəyi verməkdə ittiham edərək, onunla diplomatik əlaqələri kəsmişdi.

BƏƏ bütün ittihamları rədd edir.

Son vaxtlara qədər hökumət rəsmilərinin, diplomatların və humanitar təşkilatların yerləşdiyi Port Sudan nisbətən təhlükəsiz yer hesab olunurdu. Bununla belə, ölkənin şimal-şərqində yerləşən şəhər mayın əvvəlində hava limanı, yanacaq anbarları və hərbi obyektləri hədəf alan bir sıra dron hücumlarına məruz qalıb. Sudan hökuməti BMT, Afrika Birliyi və Ərəb Liqasını hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Sudanda vəziyyət 2023-cü ilin aprelində Suveren Şuranın (ölkənin müvəqqəti idarəetmə orqanı) rəhbəri ilə ordu komandiri Əbdül Fəttah əl-Burhan və RSF lideri Məhəmməd Həmdan Daqalo arasındakı fikir ayrılıqları səbəbindən gərginləşib. Merovve və Xartumda başlayan münaqişələr tezliklə ölkənin digər bölgələrinə də sirayət etdi. Münaqişə minlərlə insanın ölümünə, on minlərlə insanın yaralanmasına və 13 milyondan çox sudanlının evlərini tərk etməsinə səbəb olub.

Sudan ordusu paytaxt Xartumu tam nəzarətə götürüb

Çərşənbə axşamı Sudan Tribune qəzeti xəbər verir ki, Sudan ordusu Salha rayonunu RSF-dən geri alıb və bununla da Xartum və Omdurman şəhərləri üzərində tam nəzarəti bərpa edib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Atışma poliqonunda partlayış oldu: 2 nəfər öldü

Elnarə Dərziyeva

Hökumət əleyhinə etirazlar və vətəndaş itaətsizliyi davam edir

Aynur Camal

İqlim böhranı günləri daha uzun edir

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu