Baş xəbərDünya

Sudan sərhəddində fransız əsgərləri saxlanıldı

Bugun.tv xəbər verir ki, qarşıdurmaların yaşandığı Sudan sərhədində fransız əsgərlərinin icazəsiz kəşfiyyat apardığı iddia edilib. Əsgərlərin Çad ordusu tərəfindən saxlanıldığı açıqlanıb. Onların formada və silahlı olduğu deyilir.

İddiaya görə, Çad ordusu Fransa əsgərlərini icazəsiz olaraq bölgədə kəşfiyyat apardıqları üçün nəzarətə götürüblər. Onu da deyək ki, Çad Sudandakı münaqişələrdən ən çox zərər çəkən ölkələrdən biridir. Münaqişələrdən qaçan sudanlılar Çada köçürlər.

Bazar günü səhər Sudanda ölkəyə humanitar yardımın çatdırılması üçün atəşkəs elan edilib.

Qeyd edək ki, ölkədə üçüncü ayına qədəm qoyan qarşıdurmada minə yaxın insan həyatını itirib, 5 minə yaxın insan isə yaralanıb.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

NYT: FIFA Gianni Infantinonun ABŞ-dakı vergi ödənişlərini qarşıladı

Aynur Camal

Kalininqradda tikilən yeni radar Avropanın böyük hissəsini izləyə bilər

Aynur Camal

Karib dənizində 50-dən çox ölkənin lideri mühüm sammit üçün toplaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu