14 C
Baku
16 Noyabr 2025, 6:49
DünyaHadisə

Silahlı insident zamanı ölənlərin sayı 56-ya çatdı

Sudanda baş verən silahlı toqquşmalarda ölənlərin sayı 56-ya çatıb, 595 nəfər isə yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

Bildirilir ki, təkcə Xartumda 25 nəfər ölüb, 302 nəfər yaralanıb. Həlak olanlar arasında mülki şəxslər və hərbçilər var.

Qeyd edək ki, dünən səhər saatlarında Sudanın paytaxtı Xartumda hərbi baza yaxınlığında silahlı toqquşma baş verib. Buna səbəb Suverən Şuranın ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun müavini Məhəmməd Həmdan Daqalo arasında yaranan fikir ayrılığıdır.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

BMT: Qəzza fəlakəti müharibə başlayandan bəri ən pis gününü yaşayır

Aynur Camal

Hücuma hazırlaşan 2 terrorçu zərərsizləşdirilib

Kəmalə Sultan

Google rəsmi olaraq elan etdi: İşdən çıxarılmalar yenidən başlayır

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu