18 C
Baku
13 Oktyabr 2025, 21:49
Dünya

Sudanda qəzaya uğrayan təyyarədə ölənlərin sayı 46-ya çatdı

Sudanın paytaxtı Xartumun qərbində, Omdurman bölgəsində hərbi təyyarənin bir evin üzərinə düşməsi nəticəsində aralarında əsgər və mülki vətəndaşların da olduğu 46 nəfərin öldüyü bildirilib.

Sudanın rəsmi xəbər agentliyinin (SUNA) verdiyi xəbərə görə, Xartum əyalət hökuməti dünən Antonov tipli hərbi təyyarənin Omdurmanda bir evin üzərinə düşməsi ilə bağlı açıqlama verib.

Açıqlamada qəzada əsgər və mülki vətəndaşlardan 46 nəfərin öldüyü bildirilib.

Aralarında uşaqların da olduğu 10 nəfərin yaralandığı barədə məlumat paylaşılan açıqlamada yaralıların En-Nev xəstəxanasına aparıldığı bildirilib.

Açıqlamada, təyyarə qəzasında zərər çəkmiş evlərin dağıntılarının çıxarılması prosesinin tamamlandığı bildirilib.

Sudan ordusu dünən Umdurman bölgəsindəki Vadi Seyyidna hərbi bazasından havaya qalxan hərbi təyyarənin qəzaya uğraması nəticəsində mülki vətəndaşların və əsgərlərin həyatını itirdiyini bildirib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Mərcan riflərinin 80%-dən çoxu ağardıldı

Aynur Camal

Qırğızıstan-Tacikistan sərhəddində atışma baş verib

Aynur Əfəndi Zadə

Avropa İttifaqı bu sosial media şəbəkələrinə sanksiya tətbiq edəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu