17 C
Baku
10 İyun 2025, 5:02
DünyaHadisə

Sudanda toqquşmalarda ölənlərin sayı 500-ü keçdi

Bugun.tv xəbər verir ki, Sudanda toqquşmalarda ölənlərin sayı 500-ü keçib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşıdurmalarda həyatını itirənlərin sayı 528-ə çatıb. 4599 nəfərin isə yaralandığı deyilir.

Məlumatda 12 ştatın toqquşmalardan zərər çəkdiyi bildirilir.

Paytaxtda Prezident Sarayı və Ordu Baş Komandanlığının atəşkəs elan etməsinə baxmayaraq, hələ də partlayış səsləri eşidilir.

Xatırladaq ki, ordu və Çevik Dəstək Qüvvələri arasında aprelin 15-dən başlayan qarşıdurmalar səbəbilə bir neçə ölkə öz vətəndaşlarının Sudandan təxliyyə edib.

Mənbə: TRT haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Suvarma gölünə düşən 7 yaşlı Bünyamindən sarsıdıcı xəbər

İntizar Əmirova

Bu ölkədə istilər səbəbilə işləmək qadağan edildi

Kəmalə Sultan

HMD Global, peyk bağlantısı təklif edən yeni cihazı OffGrid-i təqdim etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu