Sudan Demokratik Mülki Qüvvələr Koordinasiyasının (DSGK) sədri, Sudanın keçmiş Baş naziri Abdullah Hamduk və Çevik Dəstək Qüvvələrinin (HDK) komandiri Muhammed Hamdan Dagalu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə iki günlük görüşdən sonra mətbuat konfransı keçirərək birgə bəyanat imzalayıblar.
Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, bəyannamədə hərbi əməliyyatların dayandırılması, humanitar yardımların çatdırılması, mülki əhalinin müdafiəsi, müharibənin yekunlaşdırılması və dövlətin qurulması kimi məsələlər öz əksini tapıb.
Bəyannamədə DSGK və HDK-nın müharibəni bitirməkdə qərarlı olduğu vurğulanıb və HDK-nın ordu ilə birbaşa danışıqlar vasitəsilə dərhal və qeyd-şərtsiz döyüşləri dayandırmağa tam hazır olduğu ifadə edilib.
Həmçinin HDK xoşməramlılıq əlaməti olaraq 451 məhbusu azad edəcəyini və nəzarəti altında olan bölgələrdə mülki şəxslər üçün təhlükəsiz dəhlizlər açacağını vəd edib.
