Baş xəbərHadisə

Sudandakı münaqişə nəticəsində 4,3 milyondan çox insan didərgin düşüb

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkünə çevrildiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler həftəlik mətbuatda Sudan ordusu ilə hökumətin üsyançı elan etdiyi paramiliter Sürətli Dəstək Qüvvələri (HDK) arasında 15 apreldən bəri davam edən vətəndaş müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

“Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın, sığınacaq axtaran və Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı daxildir”, – Spindler bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu