BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda son vaxtlar qəfil artan qarşıdurmalarla əlaqədar Cəzirə əyalətinin Vad Mədəni şəhərində 300 min insanın didərgin düşdüyünü açıqlayıb.
Bugun.tv xəbər verir ki, bu barədə IOM tərəfindən edilən yazılı açıqlamada, son miqrasiya hərəkatının Sudanın ümumi köçkün əhalisinin 7,1 milyonu keçəcəyi və bu vəziyyətin “dünyanın ən böyük köçkünlük böhranı” olacağı ifadə edilib.
Açıqlamada Sudanda son vaxtlar qəfil artan qarşıdurmalarla birlikdə Vad Mədəni şəhərində 300 minə yaxın insanın didərgin düşdüyü vurğulanıb və 1,5 milyondan çox insanın münaqişə, ərzaq təhlükəsizliyi və digər səbəblərdən qonşu ölkələrə qaçdığı bildirilib.
Bəyanatda Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Popun da fikirləri yer alıb. Buna uyğun olaraq, Papa deyib: “Bu, ölkənin onsuz da ciddi humanitar böhranını dərinləşdirən böyük miqyasda bir insan faciəsidir. Münaqişənin şiddətlənməsi və yerdəyişmələrin artması sülh yolu ilə həllin vacibliyini, atəşkəs ehtiyacını və daha böyük bir problemin qarşısını almaq üçün güclü reaksiyanın verilməsini vurğulayır”.