Dünya

Sudandan Rusiyaya hərbi baza üçün yaşıl işıq

Sudanın xarici işlər naziri Əli Yusuf Şərif Rusiyanın Qırmızı dəniz sahilində hərbi dəniz bazası qurması ilə bağlı tam razılığa gəldiklərini açıqlayıb. Razılaşmaya heç bir maneənin olmadığını deyən Şərif, prosesin təsdiq mərhələsində olduğunu vurğulayıb.

Sudan keçmiş prezident Ömər əl-Bəşirin dövründə Suakin adasında hərbi baza yaratmaq üçün Türkiyə ilə müqavilə imzalayıb. Lakin çevrilişdən sonra bu plan dayandırılmışdı.

İndi Sudan Rusiya ilə oxşar hərbi baza sazişini təsdiqləmək üzrədir.

Prezident Rəcəb Tayyib Ərdoğanın 2017-ci ildə Sudana səfəri zamanı Türkiyə ilə Sudan arasında 22 müqavilə imzalanıb. Müqavilələr arasında “Afrika qapısı” olaraq təyin olunan Suakin adasının Türkiyəyə verilməsi də var idi.

“Afrikanın qapısı” adlandırılan Sevakin Türkiyəyə ayrılarkən, adanın turizm məqsədi ilə yenidən abadlaşdırılacağı açıqlandı. Qırmızı dənizdə xarici hərbi bazaların olması Türkiyənin adadan hərbi məqsədlər üçün istifadə edəcəyi iddiasına səbəb olub.

Razılaşmadan qısa müddət sonra Sudanda dövlət çevrilişi həyata keçirilib. Çevrilişi dünyaya elan edən Sudanın müdafiə naziri Əhməd bin Avf beynəlxalq müqavilələrin ləğvi ilə bağlı heç bir açıqlama verməyib. Ancaq xüsusilə Körfəz ölkələrinin reaksiyasına səbəb olan Suakin adasının ayrılması ilə bağlı heç bir addım atılmadı. Razılaşma ilə bağlı qeyri-müəyyənlik davam edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avropanı su basdı! 7 nəfər ölüb

İntizar Əmirova

Tacqoyma mərasimində 203 ölkədən 2000-dən çox qonaq iştirak edəcək

Aynur Camal

ABŞ xəbərdardır! Hökumət bağlanma ərəfəsində: Ciddi pozulmalara səbəb ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu