5 C
Baku
15 Yanvar 2025, 9:20
Dünya

Sudanı daşqın aldı! Çoxlu ölü və yaralı var

Sudanın Əbu Həməd şəhərində güclü yağışların səbəb olduğu daşqınlarda ölən və yaralananların olduğu bildirilib.

Bazar ertəsi günündən bəri davam edən leysan yağışlar Sudanın şimalında Nil çayı üzərində yerləşən Əbu Həmad şəhərində daşqınlara səbəb olub. Onlarla ev dağılıb, 11 nəfər həyatını itirib, ən azı 60 nəfər yaralanıb.

Digər tərəfdən, Sudan Səhiyyə Nazirliyi bazar ertəsi günü 7 əyalətdə iyun və iyul aylarında baş verən güclü yağış və daşqınlar nəticəsində ən azı 32 nəfərin öldüyünü, 107 nəfərin isə yaralandığını açıqlayıb.

HƏR İL YÜZLƏR İNSAN HƏYATINI İTİRİR

Sudanda hər il, adətən iyun-oktyabr ayları arasında baş verən daşqınlar yüzlərlə insanın həyatını itirməsinə, kənd təsərrüfatı sahələrinin su altında qalmasına və çoxlu sayda evin dağılmasına səbəb olur.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

İndoneziya Ukraynadakı münaqişənin həllinin “Koreya versiyasını” təklif edir

Aynur Camal

Ölkədə baş verən toqquşmalarda 400-dən çox mülki şəxs həlak oldu

Nigar Məmmədova

Bu gün səsvermə başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu