5 C
Baku
30 Yanvar 2026, 1:58
Hadisə

Sudanın paytaxtına yardım çatdırmaq mümkün olmadı

Münaqişələr səbəbindən Sudanın paytaxtı Xartum və ətrafına yardım çatdırmaq mümkün deyil.

Bugun.tv xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Sudan Nümayəndəliyinin rəhbəri Fərid Ayvari bildirib.

O, tərəfləri humanitar yardımın çatdırılması üçün dəstək olmağa çağırıb. Əks halda, Sudanın səhiyyə sisteminin çökə biləcəyini vurğulayıb.

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar baş verib. Son məlumatlara görə, toqquşmalarda 180-dən çox dinc sakin həlak olub. Yaralıların sayı 1800-ü keçib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Torpaq sürüşməsi baş verdi – daşqınlarda ölənlər var

Aynur Camal

Dünya Zəlzələlər Hesabatı: 585 zəlzələ qeydə alınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu