18 C
Baku
28 Oktyabr 2025, 3:44
Baş xəbər

Sükut dəqiqəsi VİDEO

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi anılıb.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

Məlumata görə, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Qeyd edək ki, respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarda, xarici ölkələrdə və məscidlərdə qəza nəticəsində həlak olanların xatirəsi anılır.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Mənbə: AzerTac

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğınında ölənlərin sayı 15 nəfərə çatıb

Teymur Əziz

3 avtomobil toqquşub: 1 ölü, 3 yaralı

Bugün TV

Türkiyədə meşə yanğınlarında 19 nəfər xəsarət alıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu