İstanbul şəhərində keçiriləcək yüksək səviyyəli görüş ərəfəsində, Pakistan və Əfqanıstan dövlətləri tərəfindən birgə bəyanatla atəşkəsin uzadılması barədə razılığa gəlinib.
Türkiyə və Qatar tərəfindən vasitəçilik edilən bu danışıqlarda, həmçinin tərəflər sərhəd bölgələrindəki təhlükəsizlik risklərinin azaldılması üçün nəzarət və yoxlama mexanizminin qurulması barədə də razılığa gəlinib.
Görüş zamanı atəşkəsin şərti olaraq davam edəcəyi və əsas şərtlərdən birinin Əfqanıstan ərazisindən terrorçu qrupların Pakistan ərazisinə keçidinin qarşısının alınması olduğu vurğulanıb.
Bu gün kecirilməsi nəzərdə tutulan növbəti görüşdə isə atəşkəsin icrası prosedurları o cümlədən, nəzarət mexanizmi, qismən cəza tədbirləri və monitorinq sisteminin tətbiqi məsələləri müzakirə olunacaq.
Pakistan rəsmiləri qeyd ediblər ki, atəşkəs “şərtsiz” deyil: “Əfqanıstanın terrorçuların sığınmasını əngəlləməsi barədə konkret tədbirlər görməsi tələb olunur. Bu atəşkəs və danışıqlar, ölkələr arasında artan sərhəd gərginliyinin və qarşılıqlı güc istifadəsinin fonunda baş verir”.
Xatırladaq ki, tərəflər arasında oktyabrın əvvəllərində baş vermiş silahlı toqquşmalar və hava zərbələri nəticəsində çoxsaylı hərbi və mülki şəxslər həyatını itirib.
Mənbə: Rnz.co.nz
