27 C
Baku
28 İyun 2025, 12:20
Baş xəbərMədəniyyət

Sultan Raev: “Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir”

“Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir”.

Bugun.tv xəbər verir ki, bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində deyib.

Qeyd edək ki, mərasim Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı çərçivəsində baş tutub.

“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 6 dekabr 2022-ci il tarixində Sərəncam imzalayıb.

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib ki, bu torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir. Şuşa Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və neçə-neçə söz, sənət xiridarının vətənidir: “Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq.

Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib.

O, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına planlandığını deyib: “Bağlanış tədbirində 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə veriləcək”.

Baş katib əlavə edib ki, Şuşada keçirilməsi nəzərdə tutulan proqram “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi üzrə indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacaq: “Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir.

Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm Türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

Türksoy 30Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Filippinə təsir edən tropik siklonlar nəticəsində ölənlərin sayı 48-ə yüksəldi

Aynur Camal

“Twitter”ə yeni baş direktor təyin olundu

Teymur Əziz

Fələstinli yazıçı Abdullah Əl Akkad və ailəsi dünyasını dəyişdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu