Cənub-Şərqi Asiyada davam edən ekstremal hava şəraiti — tropik siklon və musson yağışlarının təsiri ilə — İndoneziyanın Sumatra adasında (Aceh, Şimal Sumatra və Qərb Sumatra) böyük bəlaya səbəb olub. Rəsmi məlumatlara görə, fəlakətdə 811 nəfər həlak olub, 623 nəfər itkin düşüb. Bölgəyə 40 ton yardım- ərzaq, su və tibbi ləvazimat göndərildiyi bildirilir.
Fəlakət səbəbindən yollar dağılıb, evlər və infrastrukturlar zərər görüb, bir çox bölgə hələ əlçatmazdır. Yerli hakimiyyət və xilasetmə xidmətləri yardım və quruculuq işlərini sürətləndirmək üçün çalışır, lakin su anbarlarının dolması, torpaq sürüşmələri və daşqınlar bölgədə əhalinin vəziyyətini kritik edir.
Mənbə: English.news
