18 C
Baku
28 Oktyabr 2025, 1:27
İdman

“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi

Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq İsrail “Bney Yehuda”sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

28 yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama”, İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş həvəskar komandalar arasında futbol turnirinə start verildi

Nigar Məmmədova

“Konstitusiya və Suverenlik İli”ndə gənclərimiz daha fəal olmalıdır”

Aynur Camal

Medvedev: “Beynəlxalq İdman Təşkilatlarının Rusiya idmançıları ilə bağlı qərarı biabırçılıqdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu