24 C
Baku
10 İyul 2025, 12:18
Hadisə

Sumqayıtda 48 yaşlı kişi itkin düşdü

Bugun.tv xəbər verir ki, Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini. Bir daha geri qayıtmadığını bildirib.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Rüfət Abdullayev sağ və sol əlinin üzərində “Rəvan” və “Sərvan” yazılan döymə var. İtkin düşən zaman onun əynində boz rəngli cins şalvar, qəhvəyi rəngdə gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında papaq olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə 077-591-21-21 və 018-655-76-65 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Bugün TV

Oxşar xəbərlər

İkimərtəbəli binada yanğın baş verdi

Teymur Əziz

Paytaxtda axtarışda olan 727 nəfər tutuldu

Teymur Əziz

Fermalarda 60 min toyuq tələf oldu – FOTO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu