ABŞ Maliyyə Nazirliyi süni intellektin köməyi ilə 4 milyard dollarlıq fırıldaqçılığın qarşısını alıb. Qeyd olunub ki, ötən maliyyə ilində aparılan bloklamalar çek fırıldaqçılığı və yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.
ABŞ Maliyyə Nazirliyi ötən maliyyə ilində süni intellektdən istifadə etməklə ən azı 4 milyard dollar fırıldaqçılığın qarşısı alındığını bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada, son zamanlar həyata keçirilən təkmilləşdirilmiş fırıldaqçılığın aşkarlanması proseslərində süni intellektin istifadəsi ilə bağlı məlumatlar paylaşılıb.
Açıqlamada, fırıldaqçılığın aşkar edilməsi üçün süni intellektdən istifadə edildiyi və bu üsulla 2023-cü ilin oktyabr-2024-cü ilin sentyabr aylarını əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan çox qeyri-qanuni və saxta ödənişlərin bərpa edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, bərpa edilən ümumi məbləğin təxminən 1 milyard dolları çek fırıldaqçılığı, təxminən 2,5 milyard dolları isə yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.
“Son bir il ərzində biz 4 milyard dollardan çox saxta və qeyri-qanuni ödənişlərin qarşısının alınmasında mühüm irəliləyiş əldə etmişik” deyən bəyanatda vurğulanır ki, “Departament vergi ödəyicilərinin pullarını səmərəli idarə etmək üçün öz məsuliyyətinə ciddi yanaşır: “Biz qurumlarla əməkdaşlığı davam etdirəcəyik” ifadələrdən istifadə edilmişdir.
Mənbə: hurriyyət.tr